14 May 2025
Avropa Parlamenti Moldovanın ilin sonuna kimi Aİ-yə daxil olmasını istəyir

Avropa Parlamenti Moldovanın ilin sonuna kimi Aİ-yə daxil olmasını istəyir

Avropa Parlamenti Moldovanın ilin sonuna kimi Aİ-yə daxil olmasını istəyir

19 Aprel 2023 17:17 | Baxış sayı: 470

Avropa Parlamenti Moldovanın Avropa Komissiyasının doqquz tövsiyəsini yerinə yetirdikdən sonra 2023-cü ilin sonunadək Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlara başlamaq təşəbbüsü ilə qətnamə qəbul edib.

Bu barədə Avropa İttifaqı-Moldova assosiasiyası üzrə Parlament Komitəsinin sədri, rumıniyalı deputat Ziqfrid Mureşan sosial şəbəkələrdə məlumat yayıb.

Onun sözlərinə görə, qətnamə böyük səs çoxluğu ilə qəbul edilib: lehinə - 555, əleyhinə - 49, bitərəf – 26 səs.

“Bu, Moldovanın Avropaya inteqrasiyasının bütün qitədən olan Avropa Parlamentinin üzvlərinin və bütün avropapərəst siyasi qrupların dəstəyinə sahib olduğunu göstərir. Moldova bizim təhlükəsizliyimiz üçün, bütün Aİ ölkələri üçün çox vacibdir. Moldovanın, eləcə də hamımızın sabitliyini uzunmüddətli təmin edə bilmək üçün ən etibarlı yol isə bu ölkənin Avropaya inteqrasiyasıdır”, - Z.Mureşan vurğulayıb.