Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Moldova “MİR” telekanalı ilə bağlanmış sazişdən çıxıb
19 Aprel 2023 15:55 | Baxış sayı: 482
Moldova Nazirlər Kabineti “MİR” teleradio şirkəti ilə bağlanmış sazişdən çıxmaq haqqında qanun layihəsini təsdiqləyib.
Müvafiq qanun layihəsi Nazirlər Kabinetinin rəsmi saytında dərc edilib.
“Biz “MİR” dövlətlərarası telekanalının maliyyələşdirilməsi üçün pul ödəməyi qeyri-mümkün hesab edirik, ona görə də parlamentə sazişin denonsasiyasını təklif edəcəyik”, - deyə Nazirlər Kabinetinin saytında bildirilir.
Qeyd olunub ki, qanun layihəsini Qaqauziya Muxtar Ərazisinin rəhbəri, Moldova hökumətinin üzvü olan İrina Vlaxdan başqa bütün nazirlər dəstəkləyib.
Xatırladaq ki, Moldova hökuməti bir müddət əvvəl “Mir” teleradio şirkətinin ölkədə yayım lisenziyasından məhrum edilməsi barədə qərar qəbul edib.