Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Neft ehtiyatı bir həftəyə 4,58 milyon barel azalıb
19 Aprel 2023 23:40 | Baxış sayı: 610
ABŞ-nin kommersiya məqsədli neft ehtiyatları ötən həftə 4,58 milyon barel azalaraq 465,97 milyon barelə düşüb.
Bunu ölkənin Energetika Nazirliyinin həftəlik hesabatından görmək olar.
Benzinin əmtəə ehtiyatları 1,3 milyon barel artaraq 223,54 milyon barel təşkil edib.
Distillatların kommersiya ehtiyatları 355 min barel azalaraq 112,09 milyon barelə düşüb.
Mütəxəssislər neft ehtiyatlarının 250 min barel, benzin ehtiyatlarının 1,25 milyon barel, distilatların isə 850 min barel azalacağını gözləyirdilər.