Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
1 saat əvvəlMəzahir Pənahovla bağlı ŞOK DETALLAR - Milyonlarla vəsait necə əldə olunub?
04 May 2025 09:31 | Baxış sayı: 333
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını bildirib. Onun bu açıqlamasından sonra bəzi məqamlar üzə çıxıb. Məlum olub ki, M.Pənahovun heç bir yerdə işləməyən oğlu ABŞ-ın ən bahalı bölgələrindən olan Los-Ancelesdə Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villa alıb.
Bu faktın aşkara çıxması Azərbaycanda müzakirələrə səbəb olub. Əsas sual budur ki, oğul Pənahov bu qədər vəsaiti hardan əldə edib. Əksər rəylərdə belə iddia var ki, bu villa Məzahir Pənahovun qanunsuz şəkildə əldə etdiyi vəsaitlə alınıb.
Bir sıra məmurların və eks-məmurların övladları niyə xaricdə yaşayır? Onlar hansı pulla ABŞ-da, Avropa ölkələrində, Britaniyada bir neçə milyonluq villalar alırlar? Dövlət bu məsələnin üstünə gedəcəkmi? Bunu hardan aldığı araşdırılsa, ortaya hansı faktlar çıxa bilər?