Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
5 saat əvvəlSON DƏQİQƏ! Hindistan və Pakistan qoşunları arasında atışma BAŞLADI
04 May 2025 11:29 | Baxış sayı: 264
Hindistanla Pakistan arasında mübahisəli Kəşmir bölgəsində növbəti hərbi toqquşma qeydə alınıb.
AJMEDİA.İNFO xəbər verir ki, Hindistan Silahlı Qüvvələri bu gün Kəşmirin LoC (Line of Control – Nəzarət xətti) boyunca yerləşən Lipa vadisində Pakistan ərazisinə atəş açıblar. Hücum nəticəsində bölgədə gərginlik kəskin şəkildə artıb.
Məlumata görə, Pakistan Ordusu Hindistanın bu addımına dərhal cavab verib. Rəsmi İslamabadın açıqlamasına əsasən, Pakistan Silahlı Qüvvələri Hindistanın mövqelərinə ağır silahlarla güclü cavab zərbələri endirib. Döyüşlər Lipa vadisi istiqamətində daha da şiddətlənib.
Hazırda hadisə yerində vəziyyətin gərgin olaraq qaldığı bildirilir. Hər iki tərəf qarşılıqlı olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edir. Hələlik itkilərlə bağlı rəsmi məlumat verilməyib.
Xatırladaq ki, Hindistan və Pakistan arasında Kəşmir bölgəsində tez-tez silahlı qarşıdurmalar baş verir. Lipa vadisi isə bu cür insidentlərin sıx yaşandığı strateji məntəqələrdən biridir.//musavat.com