Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
12 saat əvvəl“001” Bakının mərkəzində lüks maşınları belə əzdi - VİDEO
28 Mart 2023 08:25 | Baxış sayı: 780
Bakıda zəncirvari yol qəzası baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, hadisə dünən Səbail rayonu, Zərifə Əliyeva küçəsində baş verib.
01 BO 001 dövlət qeydiyyat nişanlı "Nissan Patrol" markalı avtomobil idarəetmədən çıxaraq "Hyundai Accent"ə çırpılıb. Zəncirvari qəzada yol kənarındakı digər avtomobillərə də ciddi ziyan dəyib.
Hadisəyə səbəb olan və zədələnən avtomobillərin lüks nəqliyyat vasitələri olması diqqəti cəlb edib.