Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
16 saat əvvəl57 yaşlı oğlunu itirən aktyor: "Müalicəsinə 6,5 milyon xərclədim..." + FOTO
16 Sentyabr 2024 14:36 | Baxış sayı: 410
Bir müddət əvvəl oğlunu itirən aktyor Cihat Tamer bu barədə ilk dəfə danışıb.
AJMEDİA.İNFO xəbər verir ki, o övladının vəfatından sonra elə də çox yaşamayacağını bildirib:
"Oğlumun vəfatından sonra mən də çox yaşaya bilməyəcəyəm. Allaha şükür ki, mən bu günə qədər işlədim, onu da xərclədim, oğlumun halalı olsun. Kaş ki onu xilas edə bilsəydik, bütün mal-mülkümü verməyə hazır idim. Müalicəyə 6,5 milyon lirə xərclədim. Amma onun 10 qatını versəydim, oğlum sağ qalardı".
Xatırladaq ki, Cihat Tamerin bir müddətdir xərçəngdən əziyyət çəkən oğlu ötən ayın 28-də vəfat edib.
(baku.ws)