Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01ABŞ-da barda atışma olub, ölənlər var
02 Aprel 2023 19:52 | Baxış sayı: 551
ABŞ-ın Oklahoma Siti şəhərində yerləşən barların birində atışma olub, azı 3 nəfər ölüb.
Bu barədə yerli polisə istinadən NBC telekanalı məlumat yayıb.
Məlumata görə, daha üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır, digər ikisi isə yüngül xəsarətlər alıb.
Polis bildirib ki, atışmanın hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Şübhəli ilə bağlı təfərrüatlar açıqlanmayıb.