08 May 2025
Vəfat edən şəxsin pensiyasını BU ŞƏXSLƏR də ala biləcək - VİDEO

Vəfat edən şəxsin pensiyasını BU ŞƏXSLƏR də ala biləcək - VİDEO

Vəfat edən şəxsin pensiyasını BU ŞƏXSLƏR də ala biləcək - VİDEO

08 May 2025 12:48 | Baxış sayı: 168

Mövcud qanunvericiliyə əsasən, bəzi hallarda dünyasını dəyişən şəxsin topladığı pensiya kapitalı və ya aldığı pensiya vərəsələrinə verilə bilər.


Millət vəkili Vüqar Bayramov deyir ki, bu hüquq əsasən 18 yaşına çatmayan övladlara, əlilliyi olan şəxslərə və dünyasını dəyişən şəxsin həyat yoldaşına şamil olunur.


Vüqar Bayramov bildirir ki, bu sahədə yeni yanaşmalar üzərində də düşünülür. Millət vəkili pensiya kapitalının tam olmasa da, bir hissəsinin vətəndaşların şəxsi ehtiyaclarına yönəldilməsini təklif edir. Belə modellər artıq inkişaf etmiş bir sıra ölkələrdə tətbiq olunur.


O, əlavə edib ki, bəzi ölkələrdə yalnız minimum deyil, orta pensiya kapitalı anlayışı da mövcuddur. Topladığı məbləğ orta pensiya kapitalından çox olan vətəndaşlara ondan istifadə imkanları yaradılır.


AJMEDİA.İNFO Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: