08 May 2025
Bakıda gəlin qayınatasına ağır söz dediyi üçün ÖLDÜRÜLDÜ - TƏFƏRRÜAT

Bakıda gəlin qayınatasına ağır söz dediyi üçün ÖLDÜRÜLDÜ - TƏFƏRRÜAT

Bakıda gəlin qayınatasına ağır söz dediyi üçün ÖLDÜRÜLDÜ - TƏFƏRRÜAT

07 May 2025 12:33 | Baxış sayı: 205

Bakıda 32 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib. Şübhəli kimi qayınatası saxlanılıb.


AJMEDİA.İNFO Xəzər TV-yə istinadən məlumat verir ki, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.


Rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, Nərimanov küçəsi, 62 ünvanında evin gəlini Dürdanə Əliyeva aldığı xəsarətdən ölüb.


Qadının meyiti müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.


Gəlinini öldürməkdə şübhəli bilinən Ağəli Əliyevin əmisi oğlu Kazım Əliyev bildirib ki, cinayəti törədən A.Əliyev namaz qılan, sakit insan idi. Mərhumun isə 3 azyaşlı övladı var imiş.


Cinayət hadisəsi isə gəlinin qayınatasına ağır ifadə işlətməsinə görə baş verib.


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Ağaəli Əliyev barəsində cinayət işi başlanıb, istintaq davam edir.


Ətraflı süjetdə: