Azər Badamovun Rusiyadan deport edilməsinin səbəbi bəlli oldu – SENSASİON DETALLAR
12 saat əvvəlBakıda “Maestro School”un ev sahibliyi ilə “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi, “Change Medical Center” (İsrail), “Ömür Dent Stomatoloji Klinikası” arasında qarşılıqlı birgə əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalan
05 May 2025 23:58 | Baxış sayı: 231
5 may 2025- ci il tarixində Bakıda “Maestro School”un ev sahibliyi ilə “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin, “Magen David International Center for Women, “Change Medical Center” (İsrail), “Həkimlərin Biznes Klubu”, “Ömür Dent Stomatoloji Klinikası” arasında görüş keçirilib və qarşılıqlı birgə əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalanıb.
Məqsəd tibbin müxtəlif sahələri üzrə həm Azərbaycan, həm də İsraildə müxtəlif təlim proqramlarının, seminarların, vebinarların, tədbirlərin, konfransların, masterklassların və digər fəaliyyətlərin birgə layihələndirilməsi və birgə həyata keçirilməsində əməkdaşlıq etmək,
bilik və bacarıqları artırmaq üçün ekspertlərin, həkimlərin mübadiləsinin fasilitasiyasını etmək, birgə layihə və təşəbbüsləri həyata keçirilməsidir.
Görüşdə İsraildən “Change Medical Center”in baş həkim/direktoru Dr.Zohar Rahamimov, QİM İB İdarə Heyətinin sədri, Magen David Women-in direktoru, Həkimlərin Biznes Klubunun təsisçisi Aygün Əhmədova, Həkimlərin Biznes Klubunun həmtəsisçi/ direktoru Dr. Sevil Quvalova, Həkimlərin Biznes Klubunun İcraçı Direktoru, QİM İB-nin İH-nin üzvü Firəngiz Quliyeva, Ömür Dent Stomatoloji Klinikasının rəhbəri sədr müavini Səbinə Əli-zadə, Maestro School təsisçisi, Magen David Women-in müşaviri, QİM İB- nin sədr müavini Mədinə Paşayeva, Maestro School direktoru, QİM İB- nin departament rəhbəri Leyla Səfərli, “Atide” brendinin rəhbəri, QİM İB- nin İH-nin üzvü Aida Kahveci, “Həkimlərin Biznes Klubu”nun İH-nin üzvü, QİM İB-nin üzvü Dr. Aida Orucova, QİM İB-nin İcraçı Direktoru Səmayə Hətəmova və digər qonaqlar iştirak edib.
Onu da qeyd edək ki, 30 Mayın 2023- cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.
Sənədi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbel imzalayıblar.
ajmedia.info