06 May 2025
Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb – 2,1 milyard

Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb – 2,1 milyard

Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb – 2,1 milyard

05 May 2025 18:40 | Baxış sayı: 361

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 4 milyon 44,7 min sərnişin daşınıb.
AJMEDIA.INFO açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hava nəqliyyatından istifadə edən sərnişinlərin 3 milyon 296,3 mini beynəlxalq, 748,4 mini isə daxili uçuşlardan istifadə edib.

Qeyd edək ki, ötən il sərnişin daşınmasından əldə olunan gəlir 2 milyard 99 milyon 1,4 min manat olub. Bu gəlirin 2 milyard 39 milyon 555,8 min manatı beynəlxalq uçuşlardan, 59 milyon 445,6 min manatı isə daxili uçuşlardan əldə olunub.

Məlumat üçün bildirək ki, 2020-ci ilin aprel ayında Azərbaycanda quru sərhədlər bağlandıqdan sonra hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı və əldə olunan gəlirlər kəskin şəkildə artıb.

Cədvəldə son 5 ildə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı və əldə olunan gəlirlər qeyd olunub:

yeniavaz.com