Özünü qatarın altına atan gənc bu nazirliyin əməkdaşı imiş - FOTO
51 dəqiqə əvvəlŞuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? – Siyahı
05 May 2025 08:28 | Baxış sayı: 334
Bu ilin yanvar-mart ayları ərzində xarici ölkələrdən Azərbaycana gələn turistlər Şuşada 102 gecə keçiriblər.
AJMEDIA.INFO açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər arasında ən çox Türkiyə vətəndaşları Şuşa şəhərində gecələyiblər.
Bu ilin ilk 3 ayında Türkiyə vətəndaşları Şuşada 50 gecə keçiriblər. Ən az gecə keçirənlər isə Pakistan vətəndaşları olub – cəmi 3 gecə.
Qeyd edək ki, əcnəbi turistlərin Şuşa şəhərində keçirdiyi gecələmələrin ölkələr üzrə sayı aşağıdakı kimi olub:
Türkiyə – 50 gecə;
Qazaxıstan – 12 gecə;
Ukrayna – 9 gecə;
Rusiya – 7 gecə;
Gürcüstan – 6 gecə;
Pakistan – 3 gecə;
Digər ölkələr – 15 gecə.