05 May 2025
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - FOTO

"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - FOTO

"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - FOTO

05 May 2025 10:19 | Baxış sayı: 259

Usta sənətçi Adilə Naşitin bacısı oğlu, 68 yaşlı aktyor Naşit Özcan beyin qanaması keçirərək xəstəxanaya yerləşdirilmişdi.


AJMEDİA.İNFO Milli.Az-a istinadən istinadən xəbər verir ki, daha sonra Naşit Özcan süni nəfəs aparatına qoşulmuş və ziyarət qadağası tətbiq edilmişdi.


Film-San Vəqfi, Naşit Özcanın vəfat etdiyini açıqlayıb:

"Aktyor Naşit Özcan'a Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik..."


Necip Naşit Özcan 1 yanvar 1957-ci ildə İstanbulda anadan olub.


1971-ci ildə Gönül Ülkü - Gazanfer Özcan Teatrında, rejissoru Ferih Egemen olan "Ben Çalmadım" adlı uşaq tamaşası ilə ilk dəfə səhnəyə çıxıb.


1977-ci ildə Akbank Uşaq Teatrında isə peşəkar teatr karyerasına başlayıb.


Qeyd edək ki, N.Özcan 18 teleserial, o cümlədən "Kurtlar Vadisi Pusu"da və 4 filmdə rol alıb. Həmçinin bir çox teatr tamaşasında çıxış edib.