05 May 2025
Bakıda məşhur universitet TƏMİR OLUNACAQ

Bakıda məşhur universitet TƏMİR OLUNACAQ

Bakıda məşhur universitet TƏMİR OLUNACAQ

05 May 2025 16:53 | Baxış sayı: 247

Bakı Slavyan Universitetində bu yay cari təmir işlərinə start veriləcək.


AJMEDİA.İNFO Baku.ws-ə istinadən xəbər verir ki, universitetin birinci və ikinci tədris binaları, həmçinin yataqxanası əsaslı şəkildə yenilənəcək.


Bu məqsədlə 1 milyon 842 min 327 manat dəyərində tender elan olunub.


Layihənin məqsədi universitetin tədris və yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır. Təmir işlərinin nə vaxt yekunlaşacağı barədə hələlik məlumat verilməyib.