05 May 2025
İsrail Qəzzada hərbi əməliyyatları genişləndirir - PLAN TƏSDİQLƏNDİ

İsrail Qəzzada hərbi əməliyyatları genişləndirir - PLAN TƏSDİQLƏNDİ

İsrail Qəzzada hərbi əməliyyatları genişləndirir - PLAN TƏSDİQLƏNDİ

05 May 2025 13:57 | Baxış sayı: 218

İsrailin Nazirlər Kabineti Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsini nəzərdə tutan planları təsdiqləyib.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Ynet” portalı siyasi dairələrdəki mənbəyə istinadla məlumat yayıb.


Mənbənin sözlərinə görə, plan bir sıra mühüm addımları əhatə edir. Buraya Qəzza zolağının ələ keçirilməsi və ərazilərin nəzarətdə saxlanılması, mülki əhalinin təhlükəsizliyi naminə cənuba doğru köçürülməsi, HƏMAS hərəkatının humanitar yardımı paylama imkanlarından məhrum edilməsi və hərəkatın mövqelərinə qarşı güclü zərbələrin endirilməsi daxildir.