05 May 2025
Azərbaycanda məhkəmə sədri özü barədə QƏRAR ÇIXARDI

Azərbaycanda məhkəmə sədri özü barədə QƏRAR ÇIXARDI

Azərbaycanda məhkəmə sədri özü barədə QƏRAR ÇIXARDI

05 May 2025 15:58 | Baxış sayı: 236

Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət edib.


AJMEDİA.İNFO Modern.az-a istinadən xəbər verir ki, o, adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verib.


İşə hakim Əliyeva Gülsüm Kamal qızı baxmalı imiş. Lakin o, şikayətçinin məhkəmə sədri olduğunu əsas gətirərək özü-özünə etiraz edib-yəni işə baxmaqdan imtina edib. G.Əliyeva cinayət işinə onun tərəfindən baxılmasını obyektivliyin təmin olunması baxımından məqsədəmüvafiq hesab etməyib.


Hüquqi prosedura görə, qərara məhkəmə sədri özü baxmalıdır. Gülnar Səfərəliyeva isə bildirib ki, iş özünə aid olduğu üçün qərar verə bilməz.


Beləliklə, Gülnar Səfərəliyeva özü barəsində qərar qəbul edib və qanunvericiliyə əsasən, özü özünə etiraz edib. Həm iş, həm də etiraz Naxçıvan Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.