"Rayonlular elə bilirlər, Bakıda yel əsib, qoz tökülüb" - Aqil Abbas
16 saat əvvəlİlham Əliyev bu qanunlara dəyişiklik etdi
07 May 2025 15:59 | Baxış sayı: 269
Yanacaqdoldurma obyektlərinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növünə aid ediləcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara edilən dəyişikliklərdə əksini tapıb.
Bu fəaliyyət növünə lisenziya verilərkən sənədin verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə onu verən orqan arasında müqavilənin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması müəyyən olunub.
Müvafiq olaraq yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir. Layihəyə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün 1100 manat dövlət rüsumu, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün isə 2500 manat dövlət rüsumu müəyyən edilib.