Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlABŞ-da kütləvi qətllərin sayına görə antirekord qeydə alınıb
15 İyul 2023 01:35 | Baxış sayı: 661
ABŞ-da 2023-cü ilin ilk altı ayında azı 28 kütləvi qətl hadisəsi baş verib ki, bu da 2006-cı ildən bəri ən yüksək göstəricidir.
Bu barədə “Associated Press” xəbər verib.
Qeyd olunur ki, ölkə əvvəlki antirekordu 2022-ci ilin ikinci yarısında müəyyən edib. Sonra ABŞ-da 27 kütləvi qətl hadisəsi baş verib.
“Associated Press”in məlumatına görə, bu il baş verən 28 belə qətl hadisəsindən 27-si odlu silahla törədilib. Daha bir faciə yanğın nəticəsində baş verib. Belə hadisələr nəticəsində azı 140 nəfər həlak olub.
Bundan əvvəl ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində baş verən kütləvi atışma nəticəsində azı 9 nəfər güllə yarası alıb.