Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
17 saat əvvəlABŞ-dən İsrailə 14 milyardlıq dəstək - Senat qarşı çıxdı
03 Noyabr 2023 06:48 | Baxış sayı: 522
ABŞ Konqresinin Nümayəndələr Palatası respublikaçıların İsrailə 14,3 milyard dollarlıq yardım paketi üçün tələb etdiyi qanun layihəsini qəbul edib.
AJMEDİA.İNFO xəbər verir ki, Nümayəndələr Palatasında keçirilən səsvermədə layihə 226 “hə”, 196 “xeyr” səsi ilə qəbul edilib. Demokratların 12 üzvü respublikaçıların irəli sürdüyü qanun layihəsini dəstəklədiyi halda, 2 üzvü “yox” səs verib. İsrailə 14,3 milyard dollarlıq yardım paketini nəzərdə tutan qanun layihəsində İsrailin müdafiə sistemlərinə dəstəyi nəzərdə tutur. Qanun layihəsinə dair yardımın ABŞ Daxili Gəlir Xidmətinin maliyyələşdirilməsindən ayrılması təklif edilib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün həm Senatın, həm də Prezident Co Baydenin təsdiqini almalıdır. Senatda isə fikir ayrılığı olduğuna görə, sənədin qəbul olunmayacağı bəyan edilib.