Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlABŞ dövlət katibi: “İsveçin NATO-ya daxil olmasının vaxtı çatıb”
30 May 2023 22:20 | Baxış sayı: 686
NATO üzvlərinin İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulması prosesini başa çatdırmağın vaxtı çatıb.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
“Biz inanırıq ki, vaxt gəlib çatıb və irəliləməmək üçün heç bir səbəb yoxdur”-deyə, o bildirib.
Dövlət katibi qeyd edib ki, İsveç NATO üzvü Türkiyənin irəli sürdüyü təhlükəsizlik problemlərini həll etmək üçün əlamətdar addımlar atıb və təşkilata sadiqliyini dəfələrlə sübut edib.