05 May 2025
ABŞ generalı İsraildə: Quru əməliyyatına hazırlıq...

ABŞ generalı İsraildə: Quru əməliyyatına hazırlıq...

ABŞ generalı İsraildə: Quru əməliyyatına hazırlıq...

24 Oktyabr 2023 05:12 | Baxış sayı: 588

ABŞ administrasiyası Qəzza zolağında keçirilən əməliyyatın gedişatına yardım etmək üçün dəniz piyadası generalını və bir neçə zabiti İsrailə göndərib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Axios” portal məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələrinə yardım edənlər arasında əvvəllər Dəniz Piyadalarının xüsusi əməliyyat qüvvələrinə rəhbərlik etmiş və İraqda İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmiş general-leytenant Ceyms Qlin də var.

Amerika nümayəndələri İsrail ordusunun əməliyyatlarına rəhbərlik etmir, lakin ona Qəzza zolağındakı fəaliyyətlər, ilk növbədə gözlənilən quru hərəkatı bağlı hərbi məsləhətlər verir.