05 May 2025
ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdı

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdı

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdı

01 Dekabr 2024 10:45 | Baxış sayı: 407

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.

AJMEDİA.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə şənbə günü ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“ABŞ və Aİ “Gürcü arzusu”nun Aİ-yə üzvlüyünü dayandırmaq qərarından təəssüflənirlər. Biz öz Konstitusiyasının xəyanətinə haqlı olaraq etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiqini pisləyirik - Aİ Kremlə qarşı dayaqdır. Ona görə də biz Gürcüstanla strateji tərəfdaşlığımızı dayandırdıq”, - Metyu Miller yazıb.

Qeyd edək ki, Gürcüstan və ABŞ 1992-ci ildə diplomatik əlaqələr qurub. 2009-cu ildə ölkələr arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına gəlib. Bundan sonra ölkədə etiraz aksiyaları başlayıb.