Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
17 saat əvvəlABŞ-İran gərginliyi: Təyyarələr cəmləndi, Bakı dəhliz aça bilər
06 Aprel 2025 10:04 | Baxış sayı: 916
Son günlərdə ABŞ-ın Fars körfəzindəki donanmasına ağır bombardmançı təyyarələr cəmlədiyinə dair məlumatlar yayılır. Bu, Vaşinqton və Təl-Əviv rəsmilərinin İrana hücum proqnozları səsləndirdikləri bir zamanda xüsusi diqqət çəkir. Artıq İran ərazisində vurulacaq hədəflərin müəyyələnləşdirildiyi, Tehranla razılaşma əldə edilməyəcəyi təqdirdə bombalamanın həyata keçiriləcəyi bildirilir.
Bəzi ekspertlərin fikrincə, ABŞ-İran gərginliyin artması, hərbi toqquşma ehtimallarının yüksəlməsi Azərbaycan üçün də risklər yaradır. Hətta ehtimal müharibə fonunda Güney azərbaycanlıların ölkəmizə köçünün başlaya biləcəyi düşünülür.
Gözlənilən hücum həyata keçirilərsə, Azərbaycan İrandakı toqquşmadan qaçmağa çalışanlar üçün humanitar dəhliz aça bilərmi?