Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlABŞ Konqresi Ukraynanın qələbəsi ilə bağlı sənədə baxacaq
26 Aprel 2023 02:45 | Baxış sayı: 610
Aprelin 25-də ABŞ Konqresinin üzvləri "Ukraynanın qələbəsi" adlı qətnamə layihəsini təqdim ediblər.
Sənəddə Ukraynanın qələbəsi 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Kiyevin nəzarətinə tam qayıtmaqla hesab edilməlidir.
Qeyd olunur ki, sənədin həmmüəllifləri ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri, Helsinki Komissiyasının sədri, respublikaçı Co Vilson və demokrat Stiv Koendir.
Təqdimatda demokrat konqresmen Marsi Kaptur, Ukraynanın 3-cü prezidenti Viktor Yuşşenko və xanımı Katerina, həmçinin Ukrayna Fəaliyyət Sammitinin iştirakçıları da iştirak ediblər.