05 May 2025
ABŞ səfirliyi Hidayət Heydərovu təbrik edib

ABŞ səfirliyi Hidayət Heydərovu təbrik edib

ABŞ səfirliyi Hidayət Heydərovu təbrik edib

30 İyul 2024 11:31 | Baxış sayı: 364

ABŞ səfirliyi Azərbaycan idmançısını Olimpiya çempionu olması münasibətilə təbrik edib.

Bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

    "Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlığınız və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu inanılmaz nailiyyətdən həzz alın - bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Təbriklər Azərbaycan Komandası - qarşıda daha böyük uğurlar və qızıl medallar ümidi ilə!", -deyə paylaşımda qeyd olunub.

    Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabaya qalib gələrək olimpiadanın qızıl medalını qazanıb.

    Teqlər:
    ABŞ