05 May 2025
Ağ Ev 39 milyard dollarlıq tələbə kredit borcunu ləğv edib

Ağ Ev 39 milyard dollarlıq tələbə kredit borcunu ləğv edib

Ağ Ev 39 milyard dollarlıq tələbə kredit borcunu ləğv edib

15 İyul 2023 09:01 | Baxış sayı: 649

Ağ Ev 804 min insanın ümumi məbləği 39 milyard dollar olan tələbə borclarını silmək qərarına gəlib.

Bu barədə ABŞ-ın Təhsil Nazirliyinin bəyanatında deyilir.

"Bu gün ABŞ Təhsil Nazirliyi 804 000-dən çox borcalana bildiriş göndərməyə başlayacaq ki, ümumi məbləği 39 milyard dollar olan federal tələbə kreditləri yaxın həftələrdə avtomatik silinəcək. Gözlənilən silinmələr ABŞ administrasiyası - Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris tərəfindən həyata keçirilən düzəlişlərin nəticəsidir”, - açıqlamada deyilir.

Nazirlik qeyd edib ki, bu tədbir ABŞ administrasiyasının 2022-ci ilin aprelində elan etdiyi planın bir hissəsidir. Borcalan 20 və ya 25 ilə bərabər olan 240 və ya 300 aylıq ödəniş edibsə, kreditin silinməsi hüququ qazanır.