Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
17 saat əvvəlAğ Ev Bayden-Ərdoğan görüşünün təfərrüatını açıqlayıb
12 İyul 2023 04:38 | Baxış sayı: 637
ABŞ və Türkiyə prezidentləri - Cozef Baydenlə Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən görüşdə Ukrayna və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər.
Bu barədə Ağ Ev məlumat yayıb.
“Onlar qarşılıqlı maraq doğuran regional məsələləri, o cümlədən Ukraynaya davamlı dəstəyi və Egey dənizində sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər”, - məlumatda vurğulanır.
Qeyd olunur ki, Bayden və Ərdoğan müdafiə və iqtisadi prioritetlər barədə də fikir mübadiləsi aparıblar.
Bir gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin alyansa qoşulmaq üçün müraciətini Türkiyə parlamentində səsverməyə göndərməyə razılaşıb.