Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
18 saat əvvəlAğsu dolaylarında AĞIR QƏZA - Ölənlər var + FOTO
06 Noyabr 2023 07:30 | Baxış sayı: 744
Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb, ölənlər var.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AJMEDİA.İNFO-ya bildirilib ki, noyabrın 6-sı saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.