Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlAkif Çovdarovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu - FOTO
06 Noyabr 2023 11:58 | Baxış sayı: 748
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun oğlu Ruslan Çovdarovun ölkədən çıxışına “stop” qoyulub.
AJMEDİA.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu qərarı Bakı Kommersiya Məhkəməsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tələbi əsasında qəbul edib.
“RANT GROUP” MMC-nin vergi borcunu ödəməsini təmin etmək məqsədilə şirkətin rəhbəri R.Çovdarovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, “RANT GROUP” MMC ötən il qeydiyyatdan keçirilib. Şirkətin qanuni təmsilçisi Ruslan Çovdarovdur.