Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
21 saat əvvəlAmerikalı səfir: Ermənistanın yanındayıq
22 Fevral 2024 15:51 | Baxış sayı: 535
Amerika Birləşmiş Ştatları Ermənistanın yanındadır.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinnin il ərzində gördüyü işlərə yekun vurduğu videoçarxda deyilir.
Səfirliyin bəyanatında deyilir:
“Bir il əvvəl səfir Kuinn Ermənistana gəldi və ABŞ-ın Ermənistandakı səfiri kimi fəaliyyətə başladı. İl çağırışlarla dolu idi, eyni zamanda daha güclü əlaqələr, yeni tərəfdaşlıqların formalaşması və ümumi demokratik dəyərlərə doğru irəliləyiş oldu".
Diplomat vurğulayıb: "Birləşmiş Ştatlar tərəfdaş və dost kimi Ermənistanın yanındadır. Mənim gündəlik işim isə dünyanın demokratik dövlətləri birliyinin güclü və müstəqil üzvü kimi Ermənistanın çiçəklənməsinə kömək etməyə yönəlib”. Yenisabah.az