Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlATƏT sədri Gürcüstan XİN başçısı ilə Qara dəniz regionunda təhlükəsizliyi müzakirə edib
10 Aprel 2023 16:52 | Baxış sayı: 442
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani aprelin 10-da Tbilisidə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.
Bunu təşkilat rəhbəri tviterdə yazıb.
Tərəflər Qara dəniz regionundakı təhlükəsizlik məsələsini müzakirə ediblər.
“Gürcüstan ATƏT-in dəyərli üzvüdür. Biz real və hərtərəfli təhlükəsizlik üçün birlikdə işləməyə davam edəcəyik”, - B.Osmani vurğulayıb.
Qeyd edək ki, ATƏT sədri Gürcüstanda səfərdədir. O, növbəti günlərdə Azərbaycan və Ermənistana baş çəkəcək.