05 May 2025
Azər Qasımlı ilə bağlı məhkəmədən YENİ QƏRAR

Azər Qasımlı ilə bağlı məhkəmədən YENİ QƏRAR

Azər Qasımlı ilə bağlı məhkəmədən YENİ QƏRAR

03 Aprel 2025 11:58 | Baxış sayı: 276

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.


AJMEDİA.İNFO xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.


Məhkəmə Azər Qasımlının həbs qətimkan tədbirinin 2 ay müddətinə uzadılması barədə qərar verib.


Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.


O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.