05 May 2025
Azərbaycan İsraildə qaz kəşfiyyatında iştirak edəcək

Azərbaycan İsraildə qaz kəşfiyyatında iştirak edəcək

Azərbaycan İsraildə qaz kəşfiyyatında iştirak edəcək

08 Mart 2025 09:53 | Baxış sayı: 784

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Böyük Britaniyanın BP Plc və İsrailin NewMed Energy şirkətləri ilə konsorsiumda İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında təbii qazın kəşfiyyatı planı ilə bağlı yaxın iki həftə ərzində İsrailin Energetika və İnfrastruktur Nazirliyi ilə razılaşmağı planlaşdırır.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin “Globes” nəşri məlumat yayıb. Onun sözlərinə görə, yaxın iki həftə ərzində tərəflər I-6 zonasında qaz kəşfiyyatı üzrə iş planını imzalayacaqlar.

Bu layihənin SOCAR üçün Azərbaycandan kənarda kəşfiyyat qazmasında ilk layihə olacağı qeyd edilir. Layihənin daha əvvəl həyata keçirilməsi planlaşdırılırdı, lakin İsraillə Fələstinin Həmas qruplaşması arasında münaqişənin kəskinləşməsi səbəbindən təxirə salınıb.

2026-cı ilin oktyabr ayına qədər konsorsium ən azı lisenziyalı ərazilərdən birində qazma işlərini özündə əks etdirən planı, həmçinin Neft Müvəkkili tərəfindən təsdiq edilməli olan əlavə iş proqramını təqdim etməlidir.

2023-cü ilin oktyabrında keçirilən tender nəticəsində SOCAR, NewMed və BP-dən ibarət konsorsium I-6 zonasında bu işləri yerinə yetirmək üçün İsrailin MEI-dən lisenziya alıb.

Tender qaydalarına əsasən, kəşfiyyat işləri üçün lisenziyalar ilkin üç il müddətinə verilir. Bu müddət ərzində lisenziya sahibləri ayrılmış ərazidə təbii qazın kəşfi potensialını qiymətləndirmək üçün məcburi iş proqramını tamamlamalıdırlar.

Bu müddətdən sonra lisenziya sahibləri Neft Müvəkkili tərəfindən təsdiq edilmiş yenilənmiş iş proqramı və lisenziyalardan ən azı biri üzrə qazma işləri aparmaq öhdəliyinə uyğun olaraq, daha 2 illik uzadılması tələb edə bilərlər.

Ən azı bir qazma başa çatdıqdan və iş proqramının bütün elementləri tamamlandıqdan sonra qrupdakı lisenziyalar daha 2 il, maksimum 7 ilə qədər uzadıla bilər. Bu cür uzadılma lisenziya müddətinin sonuna qədər qazma işlərinin hələ aparılmadığı hər bir lisenziya sahəsində qazma işi ilə bağlı öhdəliyin təqdim edilməsi şərtilə mümkün olacaqdır.

Bu layihəyə əlavə olaraq, Azərbaycan Dövlət Neft Şirkəti 2025-ci il yanvarın 31-də Aralıq dənizinin ən böyük dəniz qaz yataqlarından biri olan Tamar layihəsində 10% pay almaq üçün Union Energy ilə müqavilə bağladığını elan edib.

Şirkət bildirib ki, İsrail sahillərində yerləşən Tamar yatağı regionun əsas təbii qaz tədarükçüsüdür, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır.

Şirkət enerji portfelini genişləndirmək üçün bütün dünyada strateji aktivlər axtarmağa davam edəcək. Tamar layihəsinin operatoru Amerikanın Chevron şirkətidir.