Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlAzərbaycan Yəhudi Media Mərkəzi Həmas terror təşkilatının İsrailə qarşı hücumunu "qətiyyətlə" pisləyir
07 Oktyabr 2023 14:22 | Baxış sayı: 730
Beynəlxalq hüquq konvensiyalarına və insan hüquq-azadlıqlarına qarşı bu gün səhər saatlarından Həmas terror təşkilatının İsrail dövlətinə qarşı raket hücumları oldu.
Bu raket hücumları zamanı mülki şəxslər həlak oldu və əsirlər götürüldü. Terrorçular həm də şəhərlərə girərək mülki şəxslərin evlərinə hücum etdilər. Terrorun vətəni və dini olmaz.
Azərbaycan Yəhudi Media Mərkəzi olaraq bu terroru qətiyyətlə pisləyirik.
Terrorçu qüvvələr sərt şəkildə İsrail ordusu tərəfindən cəzalandırılır və bu tədbirlər davam edəcək.
Yaşasın İsrail, Yaşasın Yəhudi milləti.