05 May 2025
Azərbaycan Yəhudi Media Mərkəzi Yerusəlimdə keçirilən Beynəlxalq Yəhudi Mətbuat Sammitinə qatılıb

Azərbaycan Yəhudi Media Mərkəzi Yerusəlimdə keçirilən Beynəlxalq Yəhudi Mətbuat Sammitinə qatılıb

Azərbaycan Yəhudi Media Mərkəzi Yerusəlimdə keçirilən Beynəlxalq Yəhudi Mətbuat Sammitinə qatılıb

18 Noyabr 2024 09:19 | Baxış sayı: 631

Beynəlxalq Yəhudi Mətbuat Sammitinin birinci mərhələsi İsrailin Yerusəlim şəhərində baş tutub.

AJMEDİA.İNFO xəbər verir ki, hələlik sammit onlayn rejimdə keçirilir və gələn il dünyanın aparıcı media nəhənglərinin və jurnalistlərinin iştirakı ilə Yerusəlimdə keçiriləcək.

Azərbaycanda fəailiyyət göstərən, Azərbaycan Yəhudi Media Mərkəzi bu sammitə qatılmışdır. Mərkəzi sammitdə İsrail üzrə nümayəndəsinin rəhbəri İqor Roytapel təmsil etmişdir.

Sammitdə eyni zamanda müzakirələrdə aşağıdakı nazirlər çıxış etdilər: Xarici İşlər naziri Gideon Saar, Yerusəlim məsələləri üzrə nazir Meir Poruş, Dünya üzrə diaspor naziri Amichai Şikli.