05 May 2025
Azərbaycanda 104 nəfər ZƏHƏRLƏNDİ - ÖLƏNLƏR VAR

Azərbaycanda 104 nəfər ZƏHƏRLƏNDİ - ÖLƏNLƏR VAR

Azərbaycanda 104 nəfər ZƏHƏRLƏNDİ - ÖLƏNLƏR VAR

06 Dekabr 2024 11:59 | Baxış sayı: 237

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib.

Mərkəzdən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 14 nəfər dəm qazından zəhərlənən şəxslərdir.

Həmçinin 8 nəfər botulizm, 4 nəfər göbələkdən, 3 nəfər allergik reaksiya, 1 nəfər etanol, 1 nəfər siçan dərmanı (rodentisid), 1 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Onların hər birinə zəruri tibbi yardım göstərilib, 99 nəfər kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.


Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, botulizm və etanol zəhərlənmələrindən qeydə alınıb.