Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
21 saat əvvəlAzərbaycanda 44 hərbçi cəzalandırıldı
31 Yanvar 2024 17:08 | Baxış sayı: 797
Ötən il Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində aparılan xidməti yoxlamalar zamanı xidməti uyğunsuzluğa, hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiklərinə görə 44 hərbi qulluqçu cəzalandırılıb.
AJMEDİA.İNFO xəbər veri ki, bu barədə Globalinfo.az-a agentliyikdən məlumat verilib
Onlardan 2 gizir, 4 baş çavuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 nəfər hərbi qulluqçusu mükafatlandırılıb, 15 nəfər hərbi qulluqçu Prezidentin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb, 24 nəfər hərbi qulluqçu Türkiyəyə müxtəlif sahələr üzrə kurslara göndərilib.
Kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilib. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul ediliblər. Ötən il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib.