Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
16 saat əvvəlAzərbaycanda 74 nəfər zəhərləndi, ölənlər var
02 Avqust 2024 08:16 | Baxış sayı: 357
2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib.
KTMT-dən Lent.az-a verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, 2-si kimyəvi maddələrdən, 2-si fosfor üzvi birləşmələrdən, 1 nəfər qidadan zəhərlənən şəxslərdir.
Həmçinin 7 nəfər allergik reaksiya, 6 nəfər ilan sancması, 2 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (4 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.