05 May 2025
Azərbaycanda iki general VƏZİFƏDƏN AZAD EDİLDİ - FOTO

Azərbaycanda iki general VƏZİFƏDƏN AZAD EDİLDİ - FOTO

Azərbaycanda iki general VƏZİFƏDƏN AZAD EDİLDİ - FOTO

04 İyul 2024 11:38 | Baxış sayı: 416

Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Məmməd Eminov vəzifələrindən azad ediliblər.

AJMEDİA.İNFO xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Generallar Ağayev və Eminov ehtiyata buraxılıblar.

Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Məmməd Eminov öz istəkləri ilə ehtiyata buraxılıblar.

Zakir Ağayev

Məmməd Eminov