Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
9 saat əvvəlAzərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi: Özündən AÇIQLAMA - FOTO
20 Yanvar 2023 11:00 | Baxış sayı: 548
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında generalın özü məlumat verib.
"Mən hazırda pensiyadayam. Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm."
Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.