Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlAzərbaycanda sürücülük vəsiqələrində hicab qadağası ləğv edilib? - AÇIQLAMA
15 Noyabr 2023 10:46 | Baxış sayı: 736
Azərbaycanda xanım sürücü sürücülük vəsiqəsi üçün fotonu hicablı formada çəkdirib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə foto sosial şəbəkədə paylaşılıb.
Paylaşımın rəy bölməsində isə qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağanın götürülməsi barədə məlumatlar qeyd edilib.
Sosial şəbəkələrdə yayılan məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, yayılan görüntüdən məlumatlıdırlar:
“Bu barədə xidməti araşdırma başladılıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.