Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
16 saat əvvəlAzərbaycanda tələbə faciəli şəkildə ÖLDÜ - FOTO
21 May 2024 06:27 | Baxış sayı: 557
Xəbər verdiyimiz kimi, mayın 19-u 24 yaşlı İsmayıl İsmayılov Göyçayda ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttinə toxunub. Nəticədə o, cərəyan vurmasından ölüb. Faciəli şəkildə ölən həmin şəxsin tələbə olduğu bildirilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edilib ki, İ. İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış.
Hazırda faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.