05 May 2025
Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirildi

Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirildi

Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirildi

10 Aprel 2025 16:47 | Baxış sayı: 456

Azərbaycanda aprelin 9-da Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib.

AJMEDİA.İNFO "Haber Global"a istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr yayıblar.

Bildirilib ki, bu, "Suriyada münaqişəsizlik" mexanizminin ilk texniki görüşü olub.

"İsrail Suriyaya aid hərbi bazaları hədəf alır. Həmçinin İsrail Türkiyəni haqsız ittihamlarla hədəf göstərir. Türkiyə isə Suriyada İsraillə münaqişədə olmaq istəmədiyini dəfələrlə vurğulayıb", - məlumatda qeyd edilib.