Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
14 saat əvvəlAzərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ - FOTO
23 Aprel 2025 11:53 | Baxış sayı: 280
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.
AJMEDİA.İNFO Manset.az-a istinadən xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.
Daha sonra Q.Təhməzlinin müvafiq Əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib.
Onun vəzifəsi Agentliyin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan təsdiq edilib.
Z. Kərimovun istefa vermə səbəbi bəlli deyil.
Qeyd edək ki, AQTA-nın Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından biri hesab edilir.