Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
21 saat əvvəlAzərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - RƏSMİ + FOTO
20 May 2024 13:48 | Baxış sayı: 525
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
AJMEDİA.İNFO xəbər verir ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.
Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.