05 May 2025
Azərbaycandan xaricə 20 mindən çox diri at satılıb – İllər üzrə siyahı

Azərbaycandan xaricə 20 mindən çox diri at satılıb – İllər üzrə siyahı

Azərbaycandan xaricə 20 mindən çox diri at satılıb – İllər üzrə siyahı

27 Yanvar 2025 09:29 | Baxış sayı: 1013

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycandan xarici ölkələrə 1 851 baş at satılıb.
AJMEDİA.İNFO xəbər verir ki,
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə at ixracı 22,5% azalıb. Belə ki, 2023-ci ilin ilk 11 ayında Azərbaycandan xaricə 2 388 baş at satılıb.

Ötən il xaricə satılan bir baş atın orta gömrük dəyəri 199 dollar (339 manat) olub. Əvvəlki ilin eyni dövründə isə atlar xaricə daha ucuz satılıb. 2023-ci ilin ilk 11 ayında xaricə satılan bir atın orta gömrük dəyəri 181 dollar (344 manat) olub.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə 2016-cı ildə başlanıb və ötən ilin dekabr ayına kimi kimi 20 min 19 baş diri at satılıb.

İllər üzrə ixrac olunan diri atların sayı və qiyməti aşağıdakı kimi olub:

İllərAtların sayıBir baş atın
gömrük dəyəri
20161 155 baş141 dollar
20177 619 baş148 dollar
20182 071 baş149 dollar
2019461 baş188 dollar
2020208 baş183 dollar
2021349 baş196 dollar
20223 524 baş176 dollar
20232 793 baş185 dollar
2024
Yan.-Noyabr
1 851 baş199 dollar