04 May 2025
Azərbaycanın Xalq rəssamı VƏFAT ETDİ - FOTO

Azərbaycanın Xalq rəssamı VƏFAT ETDİ - FOTO

Azərbaycanın Xalq rəssamı VƏFAT ETDİ - FOTO

01 May 2025 10:10 | Baxış sayı: 283

Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat edib.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat verib.


R.İsmayılov 1939-cu il martın 30-da Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.


O, 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayıb, onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı olub. "Xalq rəssamı" fəxri adına 2000-ci ildə layiq görülüb.

Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ