05 May 2025
Bağ evi kirayə götürmək istəyənlərin nəzərinə - QİYMƏTLƏR

Bağ evi kirayə götürmək istəyənlərin nəzərinə - QİYMƏTLƏR

Bağ evi kirayə götürmək istəyənlərin nəzərinə - QİYMƏTLƏR

30 Aprel 2025 10:49 | Baxış sayı: 233

Son dövrlərdə bağ evlərinə maraq əhəmiyyətli dərəcədə yüksəlib. İnsanlar bu tip evləri həm qısamüddətli istirahət üçün kirayəyə götürür, həm də daimi yaşayış üçün satın alırlar. Tələb artdıqca qiymətlər də yüksəlməkdədir.

AJMEDİA.İNFO xəbər verir ki, əmlak eksperti Elnur Azadovun Xəzər TV-yə bildirib ki, hazırda bağ evlərinin günlük kirayə qiymətləri həftə içi 100-150 manat arasında dəyişir. İstirahət günlərində isə bu rəqəm 150-200 manata qədər yüksəlir.

Qiymətlər əsasən evin komfort səviyyəsinə və yerləşdiyi məkana görə dəyişir. Dənizə yaxın, hovuzlu və geniş həyətli evlər daha baha təklif olunur.

Bakının müxtəlif qəsəbələrində bağ evlərinin aylıq kirayə qiymətləri aşağıdakı kimidir:

Buzovna: 4 500 – 5 000 AZN

Mərdəkan: 1 200 – 9 000 AZN

Bilgəh: 5 000 – 6 000 AZN

Şüvəlan: 4 000 – 15 000 AZN

Şağan: 3 500 – 5 000 AZN

Novxanı: 800 – 30 000 AZN

Mövzuyla bağlı ətraflı məlumat üçün videomaterialı izləyə bilərsiniz.