Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
20 saat əvvəlBakıda 10-cu sinif şagirdi FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTO
17 May 2023 11:53 | Baxış sayı: 1365
Azərbaycanda şagird dəm qazından zəhərələnərək vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, hadisə mayın 15-də Bakının Binəqədi rayonunda yerləşən mənzillərin birində baş verib.
Məlumata görə, 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova hamam otağında dəm qazından boğulub.
O, 132-134 nömrəli Təhsil Kompleksinin X sinifinin şagirdi imiş. Məktəb də bu barədə paylaşım edərək mərhumun ailəsinə başsağlığı verib.